Qəzzada son 24 saatda 51 nəfər ölüb, 503 nəfər yaralanıb
Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 51 fələstinli həlak olub, 503 nəfər isə yaralanıb.
Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. BMT və humanitar təşkilatlar ABŞ-nin dəstəklədiyi Qəzza Humanitar Fondunun paylama məntəqələri yaxınlığında ərzaq axtaran ac sakinlərin öldürülməsini pisləyib. Misir və Qətər 60 günlük atəşkəs və humanitar yardımın daxil olmasını nəzərdə tutan ABŞ təklifinə əsasən yeni danışıqlara başlayıb. Rəqəmlərə görə, müharibə başlayandan bəri Qəzzada 54,470 nəfər ölüb, 124,693 nəfər yaralanıb. Qəzza Hökumətinin Media Ofisi isə ümumi ölənlərin sayını 61,700-dən çox göstərir. Minlərlə insanın dağıntılar altında qaldığı bildirilir.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi hücumlar zamanı İsraildə təxminən 1,139 nəfər ölüb, 200-dən çox şəxs isə girov götürülüb.
Al jazeera
Selcan Əhmədli