00:00:00
Yazar
Admin User
03.06.2025 10:59 129 1 dəq oxuma
Dünya

Qəzzada yardım nöqtəsi yaxınlığında onlarla fələstinli həlak olub

Qəzzada yardım nöqtəsi yaxınlığında onlarla fələstinli həlak olub

Qəzza zolağında İsrail ordusunun atəşi nəticəsində ən azı 27 fələstinli ölüb, onlarla insan yaralanıb. Hadisə Rəfah şəhərinin qərbində, Al-Alam dairəsi yaxınlığında baş verib. Bu, üç gün ardıcıl eyni ərazidə baş verən oxşar insidentlərdən biridir.

 

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, “əsgərlər əvvəlcə xəbərdarlıq atəşi açıblar, şübhəlilər geri çəkilmədikdə, onların istiqamətində atəş davam etdirilib”.

Hadisə ilə bağlı araşdırma aparıldığı qeyd olunub.

 

Bazar günü 31 nəfərin öldüyü, bazar ertəsi isə 3 nəfərin güllələndiyi bildirilib. Hər üç hadisə yardım almaq istəyən fələstinlilərin istiqamətində baş verib.

 

İsrail ordusu yardım bölgəsinin yaxınlığında atəş açdıqlarını inkar etsə də, bəzi hallarda atəşin bölgədən 1 km aralıda açıldığını etiraf edib. 

 

CNN

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər