00:00:00
Yazar
Admin User
29.10.2025 17:30 100 3 dəq oxuma
Siyasət

“Qəzzadakı sülhlə bağlı ümid qığılcımı yayıla bilər”

“Qəzzadakı sülhlə bağlı ümid qığılcımı yayıla bilər”

 

Qəzzada əldə olunan atəşkəs razılaşması ilə yaranan ümid qığılcımı Ukraynaya da yayıla bilər.

 

Mövzu ilə bağlı olaraq politoloq Xəyal Bəşirov "İnformator.az" a açıqlamasında bildirib ki, Qəzzada sülh bağlanmasına baxmayaraq, yenə də partlayışların, qətllərin şahidi oluruq:

 

"Qəzzada Donald Tramp administrasiyasının, ABŞ rəsmilərinin və şəxsən Donald Trampın təşəbbüsləri ilə Şarm əl-Şeyx şəhərində, Misirdə sülh sammiti keçirildi və sülh sənədi imzalandı. Amma təəssüflər olsun ki, həmin sülh sənədinin imzalanmasına baxmayaraq, hələ də Qəzzada əvvəlki intensivlikdə olmasa da, yenə də partlayışların, yenə də ölümlərin şahidi oluruq.
Təbii ki, Qəzza məsələsi, ümumiyyətlə, İsrail-Fələstin problemi o qədər mürəkkəb məsələdir ki, onun qısa müddətdə həll olunması real görünmür. Həm də bu münaqişənin kökləri çox dərinə gedib çıxır. O baxımdan düşünürəm ki, bu atəşkəsin, qısa müddətə olsa belə, əldə edilməsi özü-özlüyündə böyük bir uğurdur. Eyni zamanda, əvvəlki intensivliyin səngidilməsi də bu prosesdə bir uğur sayılır. Amma bu nə tam sülhdür, nə də tam atəşkəs. Çünki zaman-zaman biz həmin sənədin imzalanmasına rəğmən, tərəflər arasında narazılıqların və sənəddə nəzərdə tutulmuş və ya tutulmamış məsələlərlə bağlı razılaşmamazlıqların şahidi oluruq. Bu da göstərir ki, hələ ki, yaxın perspektivdə sülhün əldə olunması real görünmür.Bu təşəbbüslərin digər münaqişələrə, o cümlədən Rusiya-Ukrayna mövzusuna da tətbiq olunması zəruridir və mühüm əhəmiyyət kəsb edir. Amma qeyd etdiyim kimi, Donald Trampın təşəbbüsü ilə Qəzzada sülhün və ya atəşkəsin əldə olunması istiqamətindəki səylər hələ ki, tam uğurla nəticələnməyib. Əgər belədirsə, o halda bu təşəbbüsün Rusiya-Ukrayna münaqişəsinə tətbiqi də, Qəzzada nəticə vermədiyi üçün, bir o qədər perspektivli görünmür.
Ona görə də Rusiya və Ukrayna hələlik görüşə maraqlı olmadıqlarını göstərirlər. Məhz bu səbəbdən keçirilməsi nəzərdə tutulan görüş də ləğv edilib. Bu baxımdan Rusiya-Ukrayna mövzusunda da biz, təəssüf ki, hələ uzun müddət qarşıdurmanın və müharibənin davam edəcəyinin şahidi olacağıq.
Amma bu o demək deyil ki, bu istiqamətdə aparılan danışıqlardan, təşəbbüslərdən və ya dialoq formatından əl çəkmək lazımdır. Bütün müharibələrdə və münaqişələrdə olduğu kimi, Rusiya-Ukrayna məsələsində də dialoq yeganə çıxış yoludur. Əvvəl-axır tərəflər bu yola əl atmalı olacaqlar. Onsuz sülhə nail olmaq mümkün deyil.
Ona görə də Qəzzada nəticə verib-verməməsindən asılı olmayaraq, Rusiya-Ukrayna mövzusunda da danışıqlara başlamaq və dialoq platformasını reallaşdırmaq ən əsas yol olmalıdır.Lakin çox təəssüflər olsun ki, bu gün ABŞ prezidenti Donald Trampın dünyada sülh yaratmaq təşəbbüsləri o qədər də müsbət nəticə vermir. Çünki, qeyd etdiyimiz kimi, ABŞ-nin siyasəti tarixən sülh yaratmağa deyil, əksinə, qarşıdurma yaratmağa, münaqişələri dərinləşdirməyə, müharibələri alovlandırmağa yönəlib.
Əgər Donald Tramp bu addımları hansısa şəxsi maraqlar, məsələn, Nobel Sülh Mükafatını almaq naminə atırsa, bu qısa müddətli təşəbbüslərin ciddi nəticə verməyəcəyi əvvəlcədən bəllidir. Çünki bu, dövlətin rəsmi və uzunmüddətli siyasəti olmayıb, bu gün Tramp administrasiyasının atdığı addımlar da dövlət siyasətinə çevrilməyib.
Bu baxımdan düşünürəm ki, qısa müddətli təşəbbüslərin uzunmüddətli nəticə vəd etməsi real görünmür".


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər