“Qəzzanın gələcək taleyi təkcə humanitar deyil, həm də geosiyasi məsələdir”
ABŞ-nin rəhbərliyi altında yaradılan Qəzza sektorunun bərpası üzrə Koordinasiya Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.
Mövzu ilə bağlı siyasi şərhçi Ülviyyə Zülfiqar “İnformator.az”a açıqlamasında bildirib ki, Qəzza sektorunun bərpası üzrə məlum olduğu kimi ABŞ-nin rəhbərliyi ilə Koordinasiya Mərkəzinin yaradılması və işə başlaması nəzərdə tutulur ki, bu da bölgədə yeni siyasi məsələnin başlanğıcı kimi qiymətləndirilməlidir:
“ABŞ bu addımı həm Qəzzada baş verən dağıntıların o cümlədən burdakı humanitar problemlərin aradan qaldırılması, həm də bölgədəki siyasi təsirini təbii ki, gücləndirmək üçün bu addımı atır. Burda Misir, Qətər, BƏƏ kimi ölkələr onların rolu olacaq. Başqa sözlə desək, Qəzzanın gələcək taleyi təkcə humanitar deyil, həm də geosiyasi məsələdir. Prosesə beynəlxalq təşkilatlar, BMT, Avropa İttifaqı, Dünya Bankı kimi təşkilatlar əsasən maliyyə və texniki dəstək göstərəcək. Ərəb ölkələrinin rolu düşünürəm ki, daha çox donor yardımları, siyasi dəstək kimi üzərinə qurulacaq, amma təhlükəsizlik və idarəetmə məsələləri tam şəkildə aydınlaşdırılmalıdır. Düşünürəm ki, buna Koordinasiya Mərkəzinin rəhbərliyi birbaşa olaraq ABŞ-nin nəzarət edəcəyini düşünürəm. Nəzərə alsaq ki, son dövrlər Birləşmiş Ştatlar münaqişələrə son qoyulması, münaqişələrin həll olunması prosesində çevik fəaliyyət göstərir və düşünürəm ki, burda da eyni qayda da müşahidə olunacaq. Qəzza sektorunun özünə gəlincə, bu təbii ki, daha əvvəl mövcud olan şəraitdən daha yaxşı bir prosesdir. Yəni münaqişəyə son qoyulması, o cümlədən burda humanitar problemlərin həll edilməyə başlanılması, atəş səslərinin dayandırılması və s. bu hərhalda əvvəlki vəziyyətdən daha yaxşı bir durumdur. Digər proseslərdə Koordinasi Mərkəzinin rəhbərliyini və burda yer alan dövlətlərin birgə verdiyi qərarlardan asılı olacaq deyə düşünürəm”.
Aytac İbrahimova
