00:00:00
Yazar
Admin User
24.10.2025 18:01 155 2 dəq oxuma
Siyasət

Qəzzaya növbəti səfər

Qəzzaya növbəti səfər

Tramp Qəzzaya səfər edəcək. ABŞ Prezidenti Donald Tramp Qəzzaya səfər edəcəyini açıqlayıb.


Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Tramp başladığı işi uğurla başa çatdırmaq niyyətindədir:

 

“Tramp son vaxtlar qeyd edir ki, dünyada 8 münaqişəni həll edib. Bu münaqişələrdən biri də Fələstin–İsrail qarşıdurmasıdır. Konkret olaraq Qəzzada yaşananlardır — HƏMAS-a qarşı İsrailin apardığı savaşın dayandırılmasıdır. İndi bu savaş bitsə də, atəşkəs olsa da, orada hələ də risklər qalır. Yəni, ara-sıra Qəzzaya atəş açılır. Hər halda, sülh orada kövrəkdir.
Bəli, ehtimal ki, Tramp bu sülhü möhkəmləndirmək, onu geri dönməz etmək istəyir. Onun bildirdiyinə görə, əvvəllər ona verilən məlumatlar birtərəfli olub. İndi isə Türkiyə və Qətərin verdiyi məlumatlar Trampa daha fərqli reallıqları görmək imkanı yaradıb. Odur ki, o, yəqin ki, yerində vəziyyəti öyrənmək və bu sülhü qalıcı etmək istəyir. Eyni zamanda Qəzzaya baxış planları, arzuları var. Ona görə də görünür ki, Qəzzaya xüsusi əhəmiyyət verir. Böyük ehtimalla, bu dəfə Trampın ikinci səfəri olacaqsa, bu, reallaşarsa, o, İsraili hərbi əməliyyatlardan çəkindirməyə çalışacaq. Və beləliklə də, uzun illər davam edən İsrail–Fələstin münaqişəsi sona çata bilər. Yəni, davamlı sülh mümkün ola bilər. Hər halda anlaşılan budur ki, Tramp başladığı işi uğurla başa çatdırmaq niyyətindədir. Orada ikinci, üçüncü mərhələdə olan məsələlər də var. Yəni, bu proses hələ tam başa çatmayıb. Görünür, Tramp hesab edir ki, gedib yerində məsələləri öyrənməli və araşdırmalıdır. Yəqin ki, münaqişənin dayanması və sülhün gəlməsi üçün bu, vacib məsələdir.

Həmçinin nəzərə alsaq ki, bir qədər əvvəl vitse-prezident bölgəyə səfər edib, Trampın nümayəndəsi də orada olmuşdur. Yəni, artıq bir çox Amerika rəsmiləri bölgədə olub. Anlaşılan budur ki, Trampın şəxsən iştirakı da vacib hesab olunur. Bəlkə də bu, İsraili inandırmaq və dayandırmaq üçün lazımdır”.

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər