00:00:00
Yazar
Zəhra Həsənova
15.02.2026 16:30 102 2 dəq oxuma
Siyasət Özəl

Ərəb dünyası ilə yaxınlaşma: Azərbaycanın strateji xətti

Ərəb dünyası ilə yaxınlaşma: Azərbaycanın strateji xətti

10 fevral Ərəb Parlamentinin Prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı və digər rəsmi şəxslər qarşılayıblar.


Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin Azərbaycana səfəri də regional əməkdaşlığın dərinləşdirilməsi ilə bağlıdır:

 

“Azərbaycanın son dövrlərdə region ölkələri ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənib. Bu əməkdaşlıq yeni dünya düzəninin praqdimalarına uyğun olaraq, region dövlətlərinin bir-biri ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi və regional blokların yaradılması kontekstində həyata keçirilir. Azərbaycanın son zamanlar Türkiyə, Pakistan və BƏƏ ilə münasibətlərində intensivlik müşahidə olunur. Buna İranla mövcud olan münasibətləri də aid etmək olar. Ümumilikdə, müsəlman dünyası ilə əməkdaşlığımızın genişləndiyi aydın görünür”.


Siyasi şərhçinin sözlərinə görə, bu cür əməkdaşlıqlar siyasi-iqtisadi sahə ilə yanaşı, hərbi təhlükəsizliyin və dövlət suverenliyinin möhkəmlənməsinə töhfə verir:


“Sözügedən səfər regional əməkdaşlığın dərinləşməsinə və yeni regional bloklaşma meyillərinin formalaşmasına qatqıdır. Bu cür əməkdaşlıqlar yalnız siyasi-iqtisadi deyil, eyni zamanda hərbi-siyasi təhlükəsizliyimizin möhkəmlənməsinə və dövlət suverenliyimizin güclənməsinə töhfə verir. Azərbaycan alternativ blok və güc mərkəzinin yaranmasında fəal iştirak edir. Bu isə regionda qüvvələr balansına ciddi təsir göstərir və türk dövlətlərinin regional güc mərkəzi kimi formalaşmasına,  Azərbaycanın bu prosesdə əhəmiyyətli rolunun daha da möhkəmlənməsinə xidmət edir”.


Zəri Bayramlı

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər