00:00:00
Yazar
Səadət Əlizadə
22.05.2026 18:29 19 1 dəq oxuma
Media

Rəşad Nəbiyev Xızıda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Xızıda vətəndaşları qəbul edib

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xızı şəhərində bu rayunun, eləcə də Abşeron, Zəngilan, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edib.

 

"İnformator.az" xəbər verir ki, qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

 

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

 

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

#yeni #azərbaycan #qəbul #gündəm #nəbiyev
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər