00:00:00
Yazar
Admin User
11.09.2025 17:47 110 2 dəq oxuma
Siyasət

Rafael Qrossi: BAEA nüvə obyektlərinin təftişinə dair İranla razılaşma əldə edib

Rafael Qrossi: BAEA nüvə obyektlərinin təftişinə dair İranla razılaşma əldə edib

 

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri bildirib ki, Tehranın nüvə obyektlərinin təftişi ilə bağlı əməkdaşlığı bərpa etmək üçün İranla razılaşma əldə olunub.

 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a olan açıqlamasında bunun müsbət hadisə olduğunu bildirib:

 

“İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə nüvə obyektlərini təftiş etməyə razılıq verməsi,sözsüz ki,müsbət hadisədir.Çünkü 12 günlük müharibədən sonra İran BAEA-nı cəsusluqda günahlandırırdı və İranın nüvə obyektləri haqqında məlumatları ABŞ-yə və İsrailə ötürməkdə təqsirləndirirdi.Bu səbəbdən bir müddət nüvə obyektlərinin təftiş olunmasına da icazə vermədi.Ancaq bu icazə də heç nəyi dəyişdirmir.Çünkü İranla ABŞ arasında və Avropa üçlüyü arasında əsas problem bu deyil.Əsas problem İranın öz ərazisində uranı zənginləşdirməməsi tələbidir.Çünkü son hadisələr göstərdi ki,İran 400 kiloqramdan artıq uranı 60 faiz zənginləşdirib.Razılaşmalara görə İran nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə edə bilər.Yəni,atom elektrik stansiyalarında bunun üçün uranın 3,67 faiz zənginləşdirilməsinə ehtiyac var.İkinci halda dərman preparatlarında istifadə olunan uran təqribən 20 faiz zənginləşdirilə bilər.Uranın 60 faiz və daha artıq zənginləşdirilməsi nüvə silahının istehsal olunması məqsədini daşıya bilər.Məhz bu səbəbdən ABŞ və Avropa üçlüyü tələb edir ki,İran öz ərazisində uranı zənginləşdirməsin,ya tələb olunan uranı xaricdən alsın-Rusiya və yaxud da başqa dövlətdən,yaxud bölgədə ərəb dövlətləri ilə birlikdə konsorsium yaradılsın,həmin konsorsiuma BAEA və ABŞ də daxil olsun.Bölgədə zənginləşdirilən urandan dinc məqsədlərlə həm İran,həm də digər dövlətlər istifadə etsinlər.İran bunu qəbul etmir.”Uranı zənginləşdirmək imkanı mənim qürurumdur”,-deyir.”Bu İran elminin inkifaş səviyyəsini göstərir və mən bundan imtina eləmək fikrində deyiləm”.Bu səbəbdən BAEA-nin İranın nüvə obyektlərini təftiş etməsi bölgədə heç nəyi dəyişdirməyəcək və ABŞ Avropa üçlüyü ilə birlikdə əsas tələblərində qalacaqlar.İran ölkə daxilində Uranı zənginləşdirməməlidir.Və bu tələbin yerinə yetirilməməsi son nəticədə yeni müharibəyə gətirib çıxarda bilər”.

 

Həbibə Xankişiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər