00:00:00
Yazar
Admin User
03.12.2025 16:20 85 1 dəq oxuma
Dünya

“Rafah keçidi açıla bilər”

“Rafah keçidi açıla bilər”

İsrail yaxın günlərdə Rafah keçidinin açılacağını bildirir və fələstinlilərin Misirə çıxışına icazə veriləcəyini açıqlayır. Proses Aİ missiyasının nəzarəti ilə, yanvardakı mexanizmə bənzər şəkildə həyata keçiriləcək.

 

Misir isə bununla bağlı İsraillə razılaşmadığını deyir və keçidin yalnız Trampın planına uyğun olaraq iki tərəfli açılacağını vurğulayır.

 

ÜST-in məlumatına görə, 16 500-dən çox ağır xəstə Qəzzadan çıxış gözləyir, atəşkəs dövründə isə cəmi 235 nəfər çıxara bilib.

Haaretz yazır ki, keçid açılsa, prosesdə Fələstin Administrasiyası və Aİ iştirak edəcək. Netanyahu isə iki girovun cəsədlərinin qaytarılmasının gecikməsi səbəbilə açılışı ləngidir.


İndiyə qədər 23 israilli və 3 xarici girovun cəsədi qaytarılıb, 2 girovun cəsədi hələ də Qəzzadadır. 7 oktyabr hücumunda 251 nəfər qaçırılıb, təxminən 1 200 nəfər öldürülüb. İsrailin cavab əməliyyatlarında Qəzzada 70 100-dən çox insan həlak olub.


BBC
Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər