00:00:00
Yazar
Admin User
22.09.2025 09:05 105 1 dəq oxuma
Siyasət

Raffaele Marçetti: Azərbaycan son illər müsbət tendensiyaları olan çox az ölkələrdəndir

Raffaele Marçetti: Azərbaycan son illər müsbət tendensiyaları olan çox az ölkələrdəndir

Azərbaycan son illər müsbət tendensiyaları olan çox az ölkələrdəndir.

 

"İnformator.az" xəbər verir ki, bunu Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin direktoru Raffaele Marçetti Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

 

Onun sözlərinə görə, Azərbaycan tarixin qələbə tərəfindədir: "Həmçinin Ermənistanla ilkin sazişə diqqət edək. Bu, çox vacibdir. ABŞ-nin bu prosesə dəstəyini də vurğulamaq lazımdır. Azərbaycanın son on illiklər ərzində inkişafı göz önündədir. Biz diplomatik, iqtisadi əlaqələrə nəzər yetirməliyik". R.Marçetti vurğulayıb ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq artıq gələcək çağırışlar üçün ciddi addımlar atır. "Müasir çağırışlara uyğun olaraq Azərbaycan özünü daha çox inkişaf etdirməlidir", - deyə o əlavə edib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər