Ramin Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcək.
"İnformator" "Report"a istinadən bildirir ki, dini qurumdan verilən məlumata görə, qəbul sentyabrın 15-də baş tutacaq.
Qəbulda Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Dövlət Komitəsindən bildirilib ki, qəbul saat 11:00-da Şabran rayon Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev prospekti, 60 A) keçiriləcək.