00:00:00
Yazar
Zəri Bayramlı
15.06.2026 22:44 23 1 dəq oxuma
Siyasət

Əraqçi: Livana hücumların dayandırılması memoranduma daxil edilib

Əraqçi: Livana hücumların dayandırılması memoranduma daxil edilib

İran Livanda müharibənin dayandırılmasını istəyir və ABŞ ilə imzalanması nəzərdə tutulan yekun memorandumda əsas şərtlərdən biri budur.

 

"İnformator.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Livanın Prezidenti Cozef Aun və bu ölkənin parlamentinin sədri Nəbih Berri ilə telefon danışıqları zamanı deyib.

 

"İran Livanda müharibənin dayandırılması istəyinə istinad edərək, memorandumun bəndlərinin lazımi şəkildə yerinə yetirilməsinə görə ABŞ-nin məsuliyyətini və İsrailin Livana qarşı hücumlarının tamamilə dayandırılmasının zəruriliyini vurğulayıb", - Əraqçi bildirib.

 

Telefon danışıqlarında Livan rəsmiləri İslamabad anlaşma memorandumunun bəndlərinin detalları, xüsusilə də Livana aid olan müddəalar barədə məlumatlandırılıb.

 

Qeyd olunub ki, Livan rəsmiləri son anlaşma memorandumunun müddəalarını alqışlayaraq, Livanın sabitliyi və təhlükəsizliyini regionda sabitliyin bərqərar olunması istiqamətindəki hər hansı ciddi səylərin ayrılmaz hissəsi kimi vurğulayıb və Livana qarşı müharibənin dayandırılması məsələsinin memorandumun mətninə daxil edilməsinə görə minnətdarlıqlarını bildiriblər.

 

#daxil #xəbər #edilib #dayandırılması #hücumların
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər