00:00:00
Yazar
Güllər Gülhüseynova
20.02.2026 19:43 28 2 dəq oxuma
Siyasət Özəl

Ərazilərimizi verə bilmərik!- Zelenski

Ərazilərimizi verə bilmərik!- Zelenski

“Ukraynada heç kim ərazilərin verilməsini dəstəkləməyəcək, çünki on minlərlə ukraynalı bu torpağı müdafiə edərkən həlak olub”.

 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

“Biz Donbası tərk edə bilmərik. Bu, mümkün deyil. Bu, bizim ərazimizdir. Əlbəttə ki, hazırda işğal altında olan hissələr də bizim ərazimizdir”, - Zelenski bildirib.

 

Sülh danışıqları çərçivəsində Ukrayna ordusunun Donbasdan geri çəkilməsinin müzakirə edildiyi bildirilir.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Ukraynanın sərt mövqeyi və Rusiyanın işğalçı tələbləri sülh prosesinə mane olur:

 

“Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamaları onu göstərir ki, bu savaşın sona çatma ehtimalı hələ çox uzaqdadır. Çünki Rusiyanın tələbləri ilə Ukraynanın mövqeyi tamamilə ziddiyyət təşkil edir. Rusiya Ukraynadan işğal olunmuş əraziləri və əlavə olaraq Ukrayna ordusunun Donbas və digər bəzi ərazilərdən çıxarılmasını tələb edir. Həmin vilayətlərin bütövlükdə Rusiyaya verilməsini tələb edir. Rəsmi Kiyev isə bununla qətiyyən razılaşmır. Hesab edir ki, beynəlxalq hüquq normaları çərçivəsində, BMT çərçivəsində Ukraynanın tanınmış əraziləri, sərhədləri toxunulmaz qalmalıdır. Bu da hazırda Ukrayna savaşının dayandırılması prosesi qarşısında əsas əngəl hesab olunur. Ukraynanın sərt və qətiyyətli mövqeyi, Rusiyanın isə neoimperialist işğalçı tələbləri, hədəfləri, sülh prosesinə mane olan əsas faktorlardır. Eyni zamanda Avropa Birliyi də Ukraynanın mövqeyini dəstəkləyir. Burada Rusiyanın mövqeyinə yaxın yalnız ABŞ-dir. Nəticədə, kəskin ziddiyyət yaranmış kimi görünür. Yəni sülh masası hazırda qarşıq vəziyyətdədir. Belə situasiyada isə sülh anlaşmasının əldə olunması qətiyyən inandırıcı görünmür. Təbii ki, Kremldə də bunu anlayırlar və bəzi məlumatlara görə, Kreml daha dağıdıcı hərbi əməliyyatlara hazırlaşır. İyun ayına qədər Ukraynaya qarşı daha genişmiqyaslı hücumlar keçirməklə sülh masasında öz iradəsini, şərtlərini, tələblərini qəbul etdirməyə çalışır. Hətta iddia olunur ki, Rusiya belə bir dağıdıcı, savaşçı hərbi əməliyyatlar üçün yeni qüvvələr də toplayır. Bu da o deməkdir ki, ABŞ-nin vasitəçiliyinə və yaxud da AB-nin hansısa mövqeyinə baxmayaraq, yaxın vaxtlarda Rusiyanın tələbləri və yaxud da şərtləri çərçivəsində sülh sazişinin imzalanması qətiyyən real xarakter daşımır”.


Lalə Qurbanlı

#yeni #gündəm #verə #zelenski
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər