Razılıq əldə olunsa, Qəzzada atəşkəs elan ediləcək
Bakan Fidan “Qəzza danışıqlarında yeni mərhələyə keçilib. Bu gün razılıq əldə olunsa, Qəzzada atəşkəs elan ediləcək. Bu gün müsbət bir xəbər çıxarsa, razılaşmanın birinci addımı ilə bağlı addım atılacaq. Netanyahunun gedəcək yeri qalmayıb” açıqlamasını verib.
Xarici işlər naziri Hakan Fidanın açıqlamalarından başlıca məqamlar aşağıdakı kimidir:
“Region ölkələri olaraq yeni Suriya rəhbərliyinə tövsiyələr vermişdik. Şara hökumətinin müsbət addımlar atmasından məmnunluq duyuruq. Türkiyə olaraq əlimizdən gələn səyi göstərməyə davam edəcəyik.
Bu günkü görüşümüzdə 10 Mart razılaşmasının təxirə salınmadan və tam şəkildə həyata keçirilməsi istiqamətində atıla biləcək addımları ətraflı şəkildə dəyərləndirdik. Suriyanın təhlükəsizliyinə təhdid yaradan qüvvələr bizim ölkəmiz üçün də təhlükə mənbəyidir”.
TRT Haber
Səadət Əlizadə