00:00:00
Yazar
Admin User
23.02.2025 13:58 59 1 dəq oxuma
Dünya

Ərdoğan 9-cu dəfə AK Partiya sədri seçildi

Ərdoğan 9-cu dəfə AK Partiya sədri seçildi

Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının 8-ci Adi Böyük Qurultayında 1547 səsin hamısını toplayaraq yenidən partiyasının lideri seçilib.

 

Konqres Şurasının sədri Abdullah Gülər seçkinin nəticələrinə əsasən, 1607 nümayəndədən 1547 nümayəndənin səs verdiyini və bütün səslərin etibarlı olduğunu bildirib.

Abdullah Gülər, Ərdoğanın 1547 səsin hamısını toplayaraq yenidən AK Partiya sədri seçildiyini açıqlayıb.

Partiyanın 75 nəfərdən ibarət Mərkəzi Qərar və İdarə Heyəti də eyni səsvermə ilə müəyyənləşib.

 

Mənbə: CNN Türk
Nərmin Həşimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər