00:00:00
Yazar
Zəri Bayramlı
23.06.2026 23:02 24 1 dəq oxuma
Siyasət

Ərdoğan: Avropa ölkələri NATO çərçivəsində daha çox məsuliyyət götürməlidir

Ərdoğan: Avropa ölkələri NATO çərçivəsində daha çox məsuliyyət götürməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, NATO-ya üzv Avropa ölkələri alyans çərçivəsində daha çox məsuliyyət daşımalıdır.


"İnformator.az" xəbər verir ki, Ərdoğan bu barədə Ankara şəhərində Polşa Prezidenti Karol Navrotski ilə keçirdiyi görüşdən sonra bildirib.

 

Türkiyə lideri qeyd edib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində əsas prioritetlərdən biri alyansın Avropa sütununun və çəkindirmə potensialının gücləndirilməsi olacaq.

“Ankarada keçiriləcək NATO sammiti çərçivəsində alyansın Avropa sütununun və onun çəkindirmə potensialının gücləndirilməsi ümumi prioritetimizdir. Biz transatlantik əlaqələrin möhkəmləndirilməsini vacib hesab edirik və Avropalı müttəfiqlərin daha çox məsuliyyət götürməsinin tərəfdarıyıq”, - deyə Ərdoğan vurğulayıb.

#çox #gündəm #ərdoğan: #avropa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər