Ərdoğan Bakının düşmən işğalından azad olunmasının ildönümünü ilə bağlı paylaşım edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib.
"İnformator" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" səhifəsində paylaşım edib.
O bildirib ki, Bakının düşmən işğalından azad olunmasının ildönümünü ürəkdən təbrik edir:
"Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanın və bütün qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram".