00:00:00
Yazar
Admin User
09.12.2025 17:14 121 2 dəq oxuma
Siyasət

Ərdoğan dedi ki, yeni dövr başlayır

Ərdoğan dedi ki, yeni dövr başlayır

Orban bildirib ki, Türk dünyası güclənən tərəfdir və Macarıstan bu fürsəti dəyərləndirmək istəyir. O, son yüz ildə zəifləyən əlaqələrin 2010-dan sonra Ərdoğanın yaratdığı tarixi imkanla yenidən canlandığını deyib. Ərdoğanın “yeni dövr başlayır” sözlərinin Türk dünyasının böyük enerji toplayacağına işarə etdiyini vurğulayan Orban, Macarıstanın TDT-yə qoşulmasından sonra əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini qeyd edib.

 

O, Macarıstanın Qərbdə tək qaldığını, buna görə də Türk dünyası ilə münasibətlərin onlar üçün xüsusi əhəmiyyət daşıdığını söyləyib.

 

Mövzu ilə bağlı “İnformator.az”a “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli açıqlama edib:

 

“Macarıstan Baş nazirinin açıqlamaları əslində Türk Dövlətləri Təşkilatının nüfuzunun artma prosesini göstərir. Türk Dövlətləri Təşkilatı mərhələ-mərhələ inkişaf edir və hər dəfə yeni geosiyasi, iqtisadi və geostrateji dövrləri daha yüksək səviyyəyə çatdırır. Hazırda türk dünyasının yüksəliş mərhələsidir və buna görə də təşkilat qlobal məkanda nüfuz qazanaraq yeni siyasi iradə mərkəzinə çevrilməyə başlayıb. Artıq qlobal problemlərin həllində təkcə Türkiyə və Azərbaycan deyil, bütövlükdə türk coğrafiyasını birləşdirən Türk Dövlətləri Təşkilatı da mühüm siyasi iradə mərkəzi kimi nəzərə alınır və proseslərin gedişinə birbaşa təsir göstərir. Bu baxımdan Macarıstan Baş nazirinin açıqlamaları reallığı əks etdirir. Macarıstan Şərqi Avropada yerləşən bir dövlət olaraq həm Azərbaycan, həm Türkiyə, həm də ümumilikdə Türk Dövlətləri Təşkilatı ilə sıx əlaqələri olan ölkədir”. 

 

E.Xalidbəyli son olaraq qeyd edib ki, qərbdə Macarıstanın mövqeyindən müəyyən narazılıqlar mövcuddur:

 

“Halbuki Macarıstan uzun müddətdir qərbyönümlü siyasət aparan dövlətdir. Mövcud situasiyada onun inkişaf perspektivlərini düzgün müəyyənləşdirdiyi görünür. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Macarıstan Türk Dövlətləri Təşkilatı ilə və türk dünyasının bütün üzvləri ilə həm ikitərəfli münasibətlərin, həm də ümumi maraqların inkişafında xüsusi rol oynaya biləcək bir ölkə olacaq. Hazırkı proseslər də Macarıstan Baş nazirinin qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatının Avropa İttifaqı modelinə bənzər şəkildə qlobal gücə çevrilməkdə olduğunu göstərir”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər