Ərdoğan: “Gənclərimizi cinayətkarlara verməyəcəyik”
Prezident Ərdoğan çıxışında narkotik və cinayət şəbəkələrinə qarşı mübarizənin gücləndiyini bildirib. O, “bir gəncimizi belə alçaqlara kaptırmayacağıq” deyərək təhlükəsizlik qüvvələrinə tam dəstək verdiyini vurğulayıb.
Ərdoğan polis, jandarma və sahil mühafizəsinə 9 200 yeni maşının verildiyini qeyd edib və təhlükəsizlik əməkdaşlarının xalqın etibarını qazanmasının vacibliyini bildirib. O, cinayətkarlara qarşı sərt, vətəndaşa qarşı isə hörmətli davranmağın önəmini xüsusi qeyd edib.
TRT Haber
Mələk Hüseynova