00:00:00
Yazar
Admin User
08.11.2025 10:23 135 1 dəq oxuma
Siyasət

Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

Bu gün birlikdə 30 illik işğalı sonlandıran möhtəşəm və mükəmməl bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsinin bütün şəhidlərini, Azərbaycanın igid övladlarını bir daha rəhmətlə anıram. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını inşallah cənnət eləsin.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

 

O, Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirini səsləndirərək deyib: “Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə söyləyirdi:

 

Bu gün gərək

 

Hər anımız Vətən! - desin.

 

Qılıncımız, qalxanımız

 

Vətən! – desin.

 

Ölənlərin əvəzinə

 

Qalanımız - Vətən! - desin.

 

Vətən, - desin!

 

Qəlbimizin hər duyğusu, hər vurğusu

 

Vətən! - desin.

 

Fərqi yoxdur, harada olaq

 

Zamanımız, məkanımız

 

Vətən! - desin!


Qəlbləri hər səfərində Vətən deyə döyünən qəhrəman qazilərimizə minnət duyğularımı ifadə edir, Uca Allah onlardan razı olsun deyirəm”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər