Ərdoğan: İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir
İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə görüşündə deyib.
O bildirib ki, Türkiyə və Pakistan qarşılıqlı ticarət həcmini beş milyard dollara çatdırmaq üçün addımlar atmağa davam edəcəklər.
Türkiyə lideri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün səy göstərəcəklərini qeyd edib.
Ərdoğan həmçinin Pakistanın Fələstinlə bağlı mövqeyini təqdir etdiyini, Türkiyənin ən qısa zamanda Qəzzaya humanitar yardımların çatdırılması üçün cəhd etdiyini diqqətə çatdırıb.