Ərdoğan Körfəz turunun növbəti dayanacağı – Qətərdə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Küveyt, Qətər və Omanı əhatə edən Körfəz turu çərçivəsində Küveytdəki səfərini başa vuraraq Qətərə gedib. Küveytdə keçirilən görüşlərdə tərəflər arasında enerji, ticarət, müdafiə və investisiya sahələrində dörd saziş imzalanıb.
Ərdoğan Küveyt Əmiri ilə görüşündə Qəzzədə atəşkəsin qorunmasının və iki dövlətli həll yolunun vacibliyini vurğulayıb. O, həmçinin Türkiyə ilə Küveyt arasında münasibətlərin strateji səviyyədə inkişaf etdiyini bildirib.Prezident Ərdoğan Dohada Qətər Əmiri Təmim bin Həməd Al Sani ilə görüşəcək, 11-ci Türkiyə–Qətər Yüksək Strateji Komitə iclasında iştirak edəcək və bir sıra yeni əməkdaşlıq sənədlərinin imzalanması gözlənilir.
TRT Haber
Mələk Hüseynova