00:00:00
Yazar
Hüseynova Mələk
07.07.2026 18:36 18 1 dəq oxuma
Dünya

Ərdoğan: NATO Zirvəsində F-35-lərlə bağlı müsbət qərarın veriləcəyinə inanıram 

Ərdoğan: NATO Zirvəsində F-35-lərlə bağlı müsbət qərarın veriləcəyinə inanıram

F-35 təyyarələri məsələsi Türkiyə-ABŞ danışıqları üçün yeni deyil. Biz bunu daha əvvəl də müzakirə etmişik. Donald Tramp hər zaman sözünə sadiqdir. İnanıram ki, NATO liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar veriləcək.

 

“İnformator.az” xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında səsləndirib. 

 

Regional sabitliyə yönəlmiş diplomatik səylərə toxunan Türkiyə Prezidenti İran-ABŞ münasibətlərini daha yaxşı səviyyəyə çatdırmaq üçün çalışdıqlarını qeyd edib. “Dünyada sülhə doğru addım atmaq üçün əlimizdən gələni etməyə çalışırıq", - deyə Ərdoğan vurğulayıb.

ABŞ-dən KAAN təyyarələri üçün mühərriklərin tədarükü məsələsini də müzakirə edəcəklərini deyən Türkiyə lideri ABŞ Prezidentinin bununla bağlı verdiyi vədi tədbirdə də təkrarlayacağına inandığını bildirib.

#Ərdoğan #NATO
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər