00:00:00
Yazar
Admin User
21.06.2025 19:29 126 1 dəq oxuma
Dünya

Ərdoğan: Netanyahu regional sülhün qarşısındakı ən böyük maneədir

Ərdoğan: Netanyahu regional sülhün qarşısındakı ən böyük maneədir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci Sessiyasında çıxış edib.

O, İsrailin İrana hücumlarını sərt şəkildə qınayaraq deyib:
“Netanyahu hökuməti bu hücumlarla regional sülhə ən böyük maneə olduğunu bir daha sübut edib”.

Ərdoğan çıxışında Qəzzada şəhid olanların əksəriyyətinin qadın və uşaqlar olduğunu vurğulayıb və Fələstinlilərin dərdini Türkiyənin öz dərdi kimi qəbul etdiyini bildirib:

“Fələstinli qardaş və bacılarımız bilsinlər ki, zülm nə qədər davam etsə də, ədalət mütləq zəfər çalacaq. Gözəl və sülh dolu günlər uzaqda deyil”.


Ərdoğan həmçinin, İƏT-in bu görüşünün təkcə müsəlman dünyası üçün deyil, bütün dünya üçün önəmli təsirlərə sahib olacağını qeyd edib.

TRT haber
Mahmudlu Ləman

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər