00:00:00
Yazar
Admin User
08.12.2025 19:19 108 1 dəq oxuma
Siyasət

Ərdoğan–Orban görüşündə strateji əməkdaşlıq müzakirə olunub

Ərdoğan–Orban görüşündə strateji əməkdaşlıq müzakirə olunub

Türkiyə Prezidentinin Kommunikasiya direktoru Burhanəddin Duran, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən görüşlə bağlı açıqlama yayıb. Onun sözlərinə görə, görüşdə ikitərəfli əlaqələr, regional və qlobal proseslər, o cümlədən Yaxın Şərq və Ukraynadakı vəziyyət müzakirə edilib.

 

Duran bildirib ki, liderlərin görüşü iki ölkə münasibətlərində “yeni dövrün başlanğıcı” kimi qiymətləndirilir. Prezident Ərdoğan iqtisadi əməkdaşlıqla bağlı çıxışında Türkiyə–Macarıstan ticarət dövriyyəsinin müəyyən edilmiş 6 milyard dollar həddinə yaxınlaşdığını, yeni hədəfin isə 10 milyard dollar olduğunu diqqətə çatdırıb.

 

Görüş çərçivəsində aviasiya, müdafiə, ticarət, texnologiya, mədəniyyət və təhsil kimi müxtəlif sahələri əhatə edən 16 müqavilə imzalanıb. Duranın sözlərinə görə, bu sənədlər iki ölkə arasında strateji tərəfdaşlığı daha da gücləndirəcək hüquqi və institusional baza yaradır.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər