00:00:00
Yazar
Admin User
25.05.2025 15:13 222 1 dəq oxuma
Dünya

Ərdoğan Pakistanın Baş naziri ilə görüşüb

Ərdoğan Pakistanın Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabaxşa Sarayında Pakistan Baş naziri Şahbaz Şərifi qəbul edib. 

 

“İnformator.az" xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. 

 

Qapalı keçirilən görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin qiymətləndiriləcəyi gözlənilir. 

 

Məlumata görə, həmçinin regional məsələlər, o cümlədən terrorla mübarizə və beynəlxalq məsələlərin müzakirə ediləcək.


Bundan başqa, iki ölkə arasında yaradılmış və sonuncu iclası ötən ilin fevralında Prezident Ərdoğanın iştirakı ilə İslamabadda keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən əməkdaşlıq prosesləri nəzərdən keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər