Ərdoğan Qətər Əmiri ilə regional vəziyyəti müzakirə edib
Prezident Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı aparıb. Görüş zamanı Türkiyə və Qətər arasında ikitərəfli münasibətlər, regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Ərdoğan bildirib ki, Türkiyə Qətərin suverenliyini pozan hər cür hücumu qətiyyətlə pisləyir və hər zaman Qətər xalqının yanında olacaq.
Ərdoğan, həmçinin NATO sammiti çərçivəsində həmkarları ilə İsrail və İran arasında artan hərbi gərginlik mövzusunda da müzakirələr apardığını qeyd edib. O, tərəflərin de-fakto atəşkəs rejiminə sadiq qalacaqlarına və bölgədə yaranmış nisbi sakitliyin qalıcı olacağına ümid etdiyini bildirib.
TRT haber
Mahmudlu Ləman