Ərdoğan: Türkiyə Qəzzada işgüzar qrupda iştirak edəcək
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzzada "atəşkəs razılaşmasının yerinə yetirilməsinə yerdə nəzarət edəcək" işçi qrupunun bir hissəsi olacağını açıqlayıb.
Oktyabrın 9-da verdiyi açıqlamada Ərdoğan Qəzzanı "bərpa etmək" üçün yenidənqurma səylərini dəstəkləyəcəklərini də bildirib. Türkiyənin də daxil olacağı əməliyyat qrupu Qəzzada iki ildir davam edən müharibə zamanı itkin düşdüyü bildirilən girovların cəsədlərinin tapılması ilə məşğul olacaq. İşçi qrupun digər ölkələri İsraillə birlikdə ABŞ, Qətər və Misir olacaq.
BBC news
Cavahir Əsgərbəyli