00:00:00
Yazar
Admin User
01.12.2025 17:38 107 1 dəq oxuma
Dünya

Ərdoğan: “Türkiyə ətrafındakı bütün mənfiliklərə baxmayaraq sabitlik adası olaraq qalır”

Ərdoğan: “Türkiyə ətrafındakı bütün mənfiliklərə baxmayaraq sabitlik adası olaraq qalır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada ölkənin regional və qlobal qeyri-sabitlik fonunda “sülh, sabitlik və təhlükəsizlik adası” kimi mövqeyini qoruduğunu bildirib.

 

Ərdoğan çıxışında Türkiyənin ətrafında müharibələr, gərginliklər və iqtisadi çətinliklər davam etdiyi halda ölkənin güclü dövlət ənənəsi və siyasi iradəsi sayəsində bütün çətinliklərin öhdəsindən gəldiyini vurğulayıb.

 

“Türkiyə yaxınlaşan qlobal qasırğanı idarə edəcək gücə malikdir”

 

Prezident bildirib ki, son 11 ayın nəticələri ölkənin təcrübəli kadrlar və güclü idarəetmə ilə çətinlikləri uğurla aşdığını göstərir. Onun sözlərinə görə, son 23 ildə həyata keçirilən infrastruktur layihələrinin strateji əhəmiyyəti bu gün daha aydın görünür. Ərdoğan Avrasya Tuneli, İstanbul Hava Limanı, Osmangazi Körpüsü, Çanakkale Körpüsü və digər mega layihələrin bu gün inşa olunsa, xərclərin 90 milyard dollara yaxınlaşacağını qeyd edib.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər