00:00:00
Yazar
Mayıl Soltan
01.03.2026 01:32 31 1 dəq oxuma
Dünya

Ərdoğan Tramp və Pezeşkianla telefonda danışıb

Ərdoğan Tramp və Pezeşkianla telefonda danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı apardığını açıqlayıb.

 

"İnformator.az" Oxu.Az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti bu barədə sosial media hesabında paylaşım edib.

 

Ərdoğan ABŞ və İsrailin İrana qarşı hücumlarından dərin kədər və narahatlıq duyduğunu və ölkəsinin bölgədə sülh, sabitlik və əmin-amanlığın təmin olunması üçün səylər göstərdiyini vurğulayıb.

Prezident Ərdoğan prioritet məqsədin atəşkəsin təmin olunması və tərəflərin yenidən danışıqlar masasına qayıtması olduğunu vurğulayıb və Türkiyənin bu istiqamətdə diplomatik səylərini sürətləndirəcəyini bildirib.

#tramp #azərbaycan #pezeşkianla #danışıb #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər