00:00:00
Yazar
Lalə Qafarova
06.04.2026 21:19 13 1 dəq oxuma
Dünya

Ərdoğan: Türkiyə bu bədbin mənzərənin xaricindədir

Ərdoğan: Türkiyə bu bədbin mənzərənin xaricindədir

 

Prezident Ərdoğan bildirib:


"Bəzi ölkələrdə yanacağa kvota tətbiq edildiyini, bəzi ölkələrdə məktəblərin müəyyən günlərdə bağlandığını, bəzi ölkələrdə isə ictimai xidmətlərin məhdudlaşdırılmasının müzakirə olunduğunu görürük. Şükürlər olsun ki, Türkiyə bu bədbin mənzərənin xaricindədir. Enerji təminatı, tədarükü və saxlanması baxımından heç bir problemimiz yoxdur".

Ərdoğan Prezident Sarayında keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.

Onun çıxışından əsas məqamlar belədir:


"Biz ailə, xarici siyasət, iqtisadiyyat, enerji və digər mövzular üzrə geniş müzakirələr apardığımız daha bir kabinet iclasını tamamladıq. Əvvəlcə qəbul etdiyimiz qərarların ölkəmizə və xalqımıza xeyirli olmasını Uca Allahdan diləyirəm.

Bəziləri bu vətən üçün meydanlarda çıxış edərkən, bəziləri də korrupsiyalarını ört-basdır etmək üçün Nutukun önündə şəkil çəkdirir. Prezident və kabinet olaraq biz ‘Türkiyə Əsri’ni qurmaq uğrunda mübarizəmizi qətiyyətlə davam etdiririk".


TRT HABER 
Reyhan Quliyeva

#gündəm #baki #yeni #türkiyə #bədbin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər