00:00:00
Yazar
Admin User
10.11.2025 14:54 119 4 dəq oxuma
Dünya

Ərdoğan: Vaşinqton razılaşmalarından məmnunuq

Ərdoğan: Vaşinqton razılaşmalarından məmnunuq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalardan məmnundurlar. O vurğulayıb ki, Ankara sülh prosesi çərçivəsində atılan addımları alqışlayır və Şuşa Bəyannaməsi ilə Türkiyə–Azərbaycan münasibətləri daha da möhkəmlənib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,Əsas məsələ ondan ibarətdir ki, avqustun 8-i Vaşinqtonda əldə olunan razılaşmalardan Cənubi Qafqazda yeni reallıqlar formalaşıb:

 

"Və bölgəyə faktiki olaraq, sülh gəlib. Həmin o Vaşinqtonda imzalanan əslində sənədləri birmənalı qarşılamayanlar olub. Belə bir narahatlıq yaranıb ki, sanki bu razılaşmalarla ABŞ Cənubi Qafqaza gəlib. Və ABŞ Cənubi Qafqazdakı imkanları möhkəmləndirib. Perspektivdə Azərbaycan və Ermənistana qarşı əlini gücləndirib. Amma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Biz Vaşinqton razılaşmalarından məmnunuq" ifadəsi o deməkdir ki, Türkiyə bu prosesləri bilavasitə izləyir və ABŞ-nin hansısa destruktiv mövqedən çıxış eləməsinə imkan verməz. Çünki, Türkiyə Azərbaycanla strateji müttəfiqdir. Məhz Şuşa Bəyannaməsi ilə strateji müttəfiqdir. Şuşa Bəyannaməsi ilə bizim əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinə qalxıb. Bu o deməkdir ki, tərəflərdən birinə qarşı təhdid olarsa, digəri hərəkətə keçəcək. Yəni Azərbaycana və Azərbaycanın maraqları əleyhinə addım atılarsa, Türkiyə hərəkətə keçəcək. Və Türkiyə NATO daxilində ABŞ-lə müttəfiqdir. Ankara və Vaşinqtonun çox yaxşı əlaqələri var. Bu o deməkdir ki, Ankara Vaşinqtonun Cənubi Qafqazda rəsmi Bakıya qarşı hansısa destruktiv maraqlardan çıxış etməsinə qarşıdır və çıxış etməsinə imkan verməz. Rəcəb Tayyib Ərdoğanın dediklərinin mahiyyətində dayanan da əslində odur. Rəcəb Tayyib Ərdoğan sadəcə mənim dediklərimi diplomatik yolla ifadə edib. Türkiyənin sülh prosesində rolu çox önəmlidir və bu danılmazdır. Türkiyə vətən müharibəsinin ilk günündən indiyə kimi Azərbaycanın mübarizəsini dəstəkləyir və Azərbaycan-Türkiyə koordinasiyalı hərəkət edirlər. Bu özünü demək olar ki, hər gün göstərir. Türkiyə məhz 30 il ərzində Ermənistan ilə diplomatik əlaqələrini Azərbaycan torpaqlarının işğal altında olmasına görə kəsib. Və Azərbaycan ərazilərini azad etdikdən sonra, Türkiyə də Ermənistanla münasibətlərini normallaşdırmağa başlayıb. İndi perspektivdə də Ankara proseslərə töhfə verəcək. Proseslərin onsuz da bilavasitə içərisindədir. Ermənistan-Azərbaycan normallaşması Türkiyə-Ermənistan normallaşması ilə paralel olaraq davam edir. Belə düşünənlər varki, Ermənistan guya Türkiyə ilə daha çox yaxınlaşmaqla Azərbaycan və Türkiyəni üz-üzə qoymaq istəyir. Buna nə Azərbaycan, nə də Türkiyə icazə verər. Sadəcə olaraq, bunu belə təqdim edənlər var. Ermənistan çalışa bilər ki, Türkiyə vasitəsilə Azərbaycandan daha çox xal qazansın. Bu mənada ki, Ermənistan Türkiyəyə deyə bilər ki, Azərbaycana deki, mənə qarşı şərtlərini bir az yüngülləşdirsin. Buda ki,təbii ki, sadəcə Ermənistanın ağlından bir nümunə kimi keçə bilər. Amma Türkiyə və Azərbaycan bir-birilərinin maraqlarını təhlükəyə atmazlar. Və Koordinasiyaları hərəkət etməyə davam edəcəklər. Sülh sazişi üçün 2 əsas şərt var. Bunlardan birincisi ATƏT-in minsk qrupunun ləğvidir. Çünki, minsk qrupu üzvləri gələcəkdə prosesə mane ola bilərlər və onlar artıq sinifdə qalıblar. Və minsk qrupunun ləğvi ilə bağlı Bakı və İrəvan arasında artıq konsilsus əldə olunub. Və məsələ demək olar ki, həllini tapıb. İkinci şərt Ermənistan konstitusiyasının dəyişdirilməsi və konstitusiyada Azərbaycan ərazi bütövlüyünə qarşı iddialarının aradan qaldırılmasıdır. Düşünür ki, bununla bağlı da rəsmi İrəvanın mövqeyi konstruktivdir. Əgər Ermənistan əvvəllər iddia edirdisə ki, bizim konstitusiyamızda Azərbaycan əleyhinə heç bir maddə yoxdur,indi isə elə bir şeylər demirlər. Çünki özləri də məsələnin mahiyyətini başa düşürlər. Və, məncə, Ermənistan konstitusiyası dəyişəcək gələn il. Sadəcə olaraq indi Ermənistan buna gedə bilmir ki, bu həm daxildə bir xaos yara bilər, eyni zamanda müxalifətin əlinə bir imkan verməkdir. Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək, məncə, Ermənistan baş naziri Nikol Paşinyan həmin hadisələri gözləyir ki, seçkilərdə qalib gəldikdən sonra konstitusiya dəyişikliyinə getsin. Əgər seçkilərdən əvvəl Paşinyan bu addımı atsa, bu müxalifətin əlini gücləndirmiş olacaq. Və seçkilərdə Paşinyanın qalib gəlmə ehtimalını azalda bilər. Bunu rəsmi Bakı da başa düşür, məncə. Məhz ona görə də təmkinli davranır. Əgər Paşinyan seçkilərdə qalib gəlsə, konstitusiya dəyişikliyinə gedəcək və bundan sonra gələn il sülh sazişinin imzalanması tamamilə mümkündür".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər