00:00:00
Yazar
Admin User
24.09.2025 18:01 94 2 dəq oxuma
Siyasət

Ərdoğan Vaşinqtonda Trampla görüşəcək

Ərdoğan Vaşinqtonda Trampla görüşəcək

Ərdoğan Vaşinqtonda Trampla görüşəcək

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də ABŞ prezidenti Donald Trampla görüşəcək. O, çıxışında xüsusilə Qəzza məsələsini gündəmə gətirəcək və Türkiyənin beynəlxalq sülhə verdiyi töhfələrdən danışacaq.

 

Bu mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki,hadisənin mahiyyəti ondadır ki, Türkiyə Qəzzadakı əməliyyatların dayandırılmasına çalışacaq:

 

“ Ən azından Qəzzaya tətbiq edilən blokadanın götürülməsi və humanitar yardımın çatdırılması istiqamətində addımlar atacağı gözlənilir. Bu məsələdə Türkiyənin mövqeyi olduqca sərtdir. Türkiyə dəfələrlə həm İslam ölkələrini, həm də Qərb dövlətlərini bir araya gətirərək buna etiraz edib, BMT binası qarşısında da etiraz aksiyaları keçirib. Hazırda Türkiyə Misirlə Aralıq dənizində hərbi təlimlər keçirir. Uzun müddətdən sonra Misirlə razılaşma əldə olunması göstərir ki, İsrailin atdığı addımlar artıq bölgədə gərginliyi artırır. Eyni zamanda Qəzzaya böyük bir yardım flotiliyasının gələcəyi gözlənilir. Təxminən 200 gəmidən ibarət olan bu flotiliya yeni bir “Mavi Mərmərə” hadisəsinin təkrarlanması ehtimalını artırır. Bu isə İsraillə münasibətləri yenidən gərginləşdirə bilər. Görüşlər zamanı bu məsələlərin müzakirə olunacağı gözlənilir. İstənilən halda əsas tələb Qəzzadakı hərbi əməliyyatların dayandırılmasıdır. Görüşdən sonra birgə sənəd və ya bəyanatın qəbul olunması danışıqların nəticəsindən asılı olacaq. Mən iki halda ABŞ-nin İsrailə qarşı sərt ifadələr olan bir bəyanata imza atacağını düşünmürəm. Amma ən azından oradakı vəziyyətin normallaşdırılması ilə bağlı ümumi bir bəyanat ola bilər”.

 

Həmçinin ekspert bildirib ki, Türkiyə ilə ABŞ arasında hərbi-strateji münasibətlər də müzakirə ediləcək: 

 

“Aralıq dənizi, Şimali Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiya məsələləri gündəmə gələcək. F-16 məsələsi və Türkiyənin “F-35” proqramından çıxarılması mövzusu da masada ola bilər. Bu məsələlərə qayıdış və qarşılıqlı əməkdaşlıq yolları müzakirə ediləcək. Eyni zamanda Türkiyə ilə ABŞ-nin xarici siyasətdə koordinasiyası məsələsi də gündəmdə ola bilər. Türkiyə Ukrayna məsələsində böyük töhfə verib, Suriyadakı konfliktlərin həllinə də dəstək göstərib. Artıq Liviya hökuməti ilə general Həftar arasında da barışıq imkanları yaranır. Düşünürəm ki, bundan sonra Türkiyə Qafqaz və Mərkəzi Asiyada da olduğu kimi regiondakı proseslərə mühüm töhfə verəcək”.

 

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər