00:00:00
Yazar
Admin User
19.11.2025 11:51 189 2 dəq oxuma
Siyasət

Ərdoğan Zelenski ilə danışıqlar aparacaq

Ərdoğan Zelenski ilə danışıqlar aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.


Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl ilk danışıqlar, vasitəçilik cəhdləri Türkiyədə baş tutub:


“Belə ki, tərəflər, Rusiya və Ukrayna ümumi razılığa gələrək taxıl sazişini imzalayıblar. Bu saziş BMT-nin və Türkiyənin vasitəçiliyi ilə mümkün olub. Digər tərəfdən, bildiyiniz kimi, hər iki ölkə arasında əsir və əlil mübadiləsi prosesi də həyata keçirilib. Bu proses Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü və iştirakının nəticəsində mümkün olub.Hazırkı mərhələdə isə tərəflərin sülhə yanaşmaları bir-birindən xeyli fərqlənir. Yəni, Rusiya və Ukraynanın sülhə dair mövqeləri müxtəlif platformalarda ifadə olunur və bir-birinə uyğun gəlmir. Ukrayna tərəfi əvvəlcə atəşkəsin elan olunmasını, daha sonra sülh prosesinin başlanmasını təklif edir. Lakin Rusiya tərəfi bunu əksinə görür: əvvəlcə sülh prosesinin şərtlərinin müəyyənləşdirilməsini, sonra isə atəşkəsin elan olunmasını istəyir”.


Ekspert həmçinin bunu da qeyd edib ki, bundan əlavə, Rusiya Ukraynadan müəyyən ərazilərin öz xeyrinə tanınmasını tələb edir:


“Bu isə Ukraynanın qəbul etmədiyi əsas şərtlərdən biridir. Məhz bu səbəbdən AİN-15 Budapest Samiti nəzərdə tutulduğu kimi baş tutmayıb və bunun nəticəsində Rusiya ilə Avropa ölkələri arasında xarici işlər səviyyəsində fikir ayrılığı daha da dərinləşib. Bu səbəbdən Donald Tramp da açıqlama verərək bildirib ki, nəticəsiz görüşlərin heç bir əhəmiyyəti olmayacaq. Hazırkı durumda Türkiyənin təşəbbüsü yenidən gündəmə gəlib və Türkiyənin xarici işlər naziri Hakan Fidan bu mövzuya dönüş edib. Artıq Ukrayna Prezidenti cənab Zelenski Türkiyədədir və dövlət rəsmiləri ilə görüşlər keçirir. Türkiyə isə bu prosesə NATO-Rusiya münasibətləri prizmasından deyil, regionda xüsusilə Qaradəniz hövzəsində sabitliyin, atəşkəsin və normal münasibətlərin bərpa olunması prizmasından yanaşır”.

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər