00:00:00
Yazar
Admin User
03.11.2025 13:36 194 2 dəq oxuma
Siyasət

Ərdoğan Zəfər Günü üçün Azərbaycana gələcək

Ərdoğan Zəfər Günü üçün Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcək. O, rəsmi mərasimlərdə iştirak edəcək və Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək.

 

Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, rəsmi Ankaranın son hərbi-strateji və siyasi-diplomatik qərarları Türkiyənin artıq yalnız regiondakı hadisələrə reaksiya verən oyunçu olmadığını göstərir:

 

“Əksinə, Türkiyə indi dünyada və regionda geopolitik proseslərin idarə olunmasında birbaşa iştirak edən strateji aktor statusu qazanıb. Türkiyənin Cənubi Qafqazda maraqları ilk növbədə Azərbaycanla olan etnik, tarixi və mədəni əlaqələrə əsaslanır. Türk dövlətləri ilə yaxın əməkdaşlığı dəstəkləyən Türkiyə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir və bu əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Bu gün bütün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət yoxdur və belə birgəliyi təsəvvür etmək də mümkün deyil. Bu doğmalıq dövlət siyasətinin ən üst məqamından tutmuş hər bir cəmiyyət üzvünün münasibətinə qədər geniş bir sferanı əhatə edir. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün də önəmli amilə çevrilib. Türkiyə ilə Azərbaycan arasında əlaqələr hərtərəfli şəkildə inkişaf edir. Həmçinin iki ölkənin həmrəyliyi ümumilikdə türk dünyasının birgəliyinə, qlobal gücə çevrilməsinə böyük təkan verir”.

 

Politoloqun sözlərinə görə, hazırda dünyada yaranan yeni siyasi, iqtisadi, hərbi qütbləşmələrin qarşısına türkdilli dövlətlərin birləşmiş gücü ilə çıxmağın qalibiyyətə aparan yol olduğu da danılmaz reallıqdır:

 

“ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Bakıda keçirilən hərbi paradda iştirak edib və bununla bütün dünyaya Türkiyənin Azərbaycanın yanında olduğu, Azərbaycanın ərazi bütövlüyünü istənilən səviyyədə dəstəkləyəcəyi, siyasi müttəfiqliyi hərbi müttəfiqlik səviyyəsinə keçirdiyi mesajını verib. Qələbəmizin 5 illiyi münasibətilə keçiriləcək hərbi parada Türkiyə Prezidenti ilə yanaşı, Pakistanın baş nazirinin qatılması ilə dünyaya mesaj veriləcək ki, Türkiyə və Pakistan Azərbaycanın ən yaxın müttəfiqləridir, Azərbaycanın daim yanındadırlar. Bununla Türkiyə və Pakistan dünyaya mesaj vermiş olacaqlar ki, Azərbaycan-Türkiyə-Pakistan həm mütəfiqdirlər, həm də hərbi sahədə əlaqələri qarşıdakı dönəmdə daha da genişləndirəcəklər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər