Ərdoğandan CHP lideri Özələ dönüş səfəri
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 ildən sonra CHP Ümumi Mərkəzinə gəldi. Ərdoğan CHP lideri Özgür Özəl ilə görüşür. Səfər çərçivəsində Prezident gerbi olan bayraq CHP Baş Qərargahı qarşısında qaldırılıb. Ərdoğanı CHP Ümumi Mərkəzinin qarşısında Özgür Özəl qarşılayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özelə cavab səfərindədir.
Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəllə görüşmək üçün partiya mərkəzinə gəlib.
Ərdoğanı CHP Ümumi Mərkəzinin qarşısında Özgür Özəl qarşılayıb.
Ərdoğan və Özəl qərargah qarşısında əl sıxaraq mətbuat mənsublarına pozalar verib.
Prezident Ərdoğan CHP sədri Özəl ilə Baş Qərargahda prezidentlik ofisində görüşür.
Bu səfər prezident Ərdoğanın 18 ildən sonra CHP Ümumi Mərkəzinə ilk səfəri idi.
Ərdoğan sonuncu dəfə 2006-cı ildə CHP-nin yeni qərargahına köçməsi münasibəti ilə o vaxtkı başqan Dəniz Baykala “Təbriklər” səfəri edib.
CHP sədri Özgür Özəl mayın 2-də AK Partiya qərargahında prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
8 ildən sonra baş tutan görüş təxminən 1,5 saat davam edib.
Görüşdə prezident Ərdoğanı AK Partiya Qrup sədr müavini Mustafa Elitaş, Özgür Özəl isə İstanbul millət vəkili Namık Tan müşayiət edib. Görüşün ilk nəticəsi iki lider arasında dialoqun davam etməsi olub.
Mənbə: Haber Türk
Tərcümə etdi: Aysel Ağakərimova
