00:00:00
Yazar
Admin User
18.09.2023 15:17 328 2 dəq oxuma
Dünya

Ərdoğandan İlon Maska Tesla qurma təklifi

Ərdoğandan İlon Maska Tesla qurma təklifi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türk Evində "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskla görüşüb. Türkiyə lideri Maskı ölkəsində yeni fabrik qurmaya, eləcə də sentyabrda keçiriləcək Teknofestə dəvət edib.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tesla” şirkətinin baş direktoru İlon Maskla görüşüb.  Nyu Yorkdakı Türkiyə Evində baş tutan görüş zamanı Prezident Ərdoğan Maskı Tesla elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Ekspertlərin fikrincə, Tesla şirkətinin yeni zavodunun Türkiyədə qurulmasının ölkəyə bir neçə faydası ola bilər. İlkin olaraq Tesla zavodu açılacağı təqdirdə ölkə mühəndislərinin böyük əksəriyyəti işlə təmin olunacaq. Bundan başqa rəsmi Ankara Türkiyədə istehsal olunan avtomobilləri rahatlıqla Avropa bazarına çıxara biləcək.      

Ekspert Aydın Sezer məsələyə belə aydınlıq gətirib: “Bilirik ki, Türkiyənin bir müddət bundan əvvəl Tesla fabriki qurmaq üçün dəvəti olduğu hamımıza məlumdur. Türkiyədə istehsal həyata keçirəcək xarici investorların sərbəst dövriyyə məntiqi ilə məhsullarını Avropa Birliyi ölkələrinə satması mümkündür. Ona görə də bu İlon Maskın prizmasından Türkiyə hər hansı bir üçüncü ölkə, yəni Çin deyil. Beləliklə, Türkiyədə istehsal olunan avtomobillərin birbaşa Avropa İttifaqı bazarına rüsumsuz daxil olacağı gözlənilir”.

Digər tərəfdən görüş çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İlon Maskı Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında məlumatlandırdığı da bildirilir. Türkiyə lideri həmçinin Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin SpaceX ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və İlon Maskı sentyabrın sonunda İzmirdə keçiriləcək texnologiya sərgisinə dəvət edib. Ekspertlərin fikrincə, bütün bu təkliflər Ankaranın İlon Maskla tərəfdaşlıq etmək istədiyindən xəbər verir.

 

Qeyd edək ki, sözügedən görüş Türkiyə Prezidenti ilə amerikalı sahibkar arasında ilk təmaslar deyil. Onlar Ötən il  Qətərdə dünya çempionatının final görüşü zamanı da bir araya gəliblər. 

 

Cavid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər