00:00:00
Yazar
Admin User
20.08.2025 08:22 336 2 dəq oxuma
Siyasət

“Realist ol”

“Realist ol”

ABŞ Prezidenti Donald Tramp dünən telefon danışığı zamanı Rusiya lideri Vladimir Putinə ərazi tələblərinin birbaşa Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə edilməli olduğunu deyib.


Amerika prezidenti həmçinin Rusiya liderinə bu məsələdə “realist” olmağı tövsiyə edib.
Eyni zamanda qeyd edilir ki, Trampın Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşünün əsas mövzusu təhlükəsizlik zəmanətləri olub. ABŞ və AB etiraf edir ki, Putin üçün ən çətin şey Avropa qoşunlarının Ukraynada olmasına razılıq vermək, Zelenski üçün isə mümkün ərazi güzəştləri məsələsi olacaq.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Zelenskinin ərazi güzəştlərinə asanlıqla razılıq verəcəyi inandırıcı deyil:


“Ərazi güzəştlərinə əvvəla Zelenskinin asanlıqla razılıq verəcəyi inandırıcı görünmür. Ancaq daxili sabitliyə ciddi xələl gətirə biləcəyi ehtimallar arasında olsa da, xalqın daha müharibədən yorulması bu ehtimalı minimuma endirir. Ukraynanın ərazi güzəştləri açıq məğlubiyyəti deməkdir. Bu, həmçinin AB və ABŞ-nin də Rusiya qarşısında məğlubiyyəti kimi qəbul edilə bilər. Ukrayna əhalisinin ərazi güzəştlərinə razılığı sonra daha böyük problemlərə yol aça bilər. Əgər ABŞ və AB-nin proqramında Rusiyanı tədricən zəiflətmək və gələcəkdə Ukraynanın sözü gedən ərazilərinin bərpa olunmasına nail olmaq yoxdursa, bu, beynəlxalq hüquq baxımından qəbuledilməzdir. Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi reallaşa bilər. Bu, Rusiyanın hərbi-siyasi reaksiyasını, təbii ki, sərtləşdirə bilər. Ərazi iddialarının davam etdiyi müddətcə bu məsələ gündəmdə olacaq və Avropa qoşunları mütləq Ukraynaya daxil olmalıdır. Hazırda bu mövzularda danışıqlar davam edir. Ukrayna Prezidenti Volodimir Zelenski ərazi güzəştlərinə maksimum razılıq verməyəcək. Lakin Avropa qoşunlarının Ukraynaya daxil olması qarşılığında müvəqqəti olaraq bu məsələyə göz yumulması da mümkündür. Hər halda Avropa Birliyi qoşunları yerləşdirə bilsə, Ukraynanın işğal olunan torpaqlarının azad edilməsinə yol açıla bilər”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər