00:00:00
Yazar
Admin User
19.11.2025 17:30 109 2 dəq oxuma
Siyasət

Regional əməkdaşlığın siyasi əhəmiyyəti

Regional əməkdaşlığın siyasi əhəmiyyəti

Regionda baş verən təbii fəlakətlər, humanitar böhranlar və fövqəladə hallar ölkələr arasında əməkdaşlığın nə qədər vacib olduğunu bir daha göstərir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a bildirib ki, üç ölkə arasında mövcud olan isti münasibətlər, xüsusilə də fövqəladə hallarda bir-birinin yanında dayanmaq ənənəsi bölgədə sabitliyin qorunması baxımından son dərəcə önəmlidir:

 

“Azərbaycanın, Türkiyənin və Gürcüstanın yaxın qonşular kimi bütün sahələrdə bir-birinə dəstək göstərməsi həm tarixi, həm siyasi baxımdan formalaşmış münasibətlərdir. Dünyada və regionumuzda vaxtilə baş vermiş narahat proseslərin fəsadlarından qorunmaq üçün bu əməkdaşlıq çox böyük əhəmiyyət daşıyır. Türk dünyasının ruhunda olan bir ifadə var:" Yaxşı qonşu dar gündə tanınar". Bu baxımdan fövqəladə hallarda bir-birinə yardım etmək, çətin vəziyyətlərdə birlik nümayiş etdirmək həm insani, həm də siyasi məsuliyyətdir. Hər üç ölkənin xarici siyasət prioritetləri bir-birinə yaxındır, qarşılaşdıqları çağırışlar isə demək olar ki, oxşardır. Böyük dövlətlərin maraqlarının toqquşduğu mürəkkəb bir dünyada bu ölkələrin müstəqil siyasət yürütmək səyləri regional həmrəyliyi daha da zəruri edir. Belə şəraitdə həm regional səviyyədə, həm də beynəlxalq təşkilatlarda bir-birinə dəstək göstərmək artıq onların taleyinə yazılmış bir əməkdaşlıq modelidir. Fövqəladə hallarda - istər təbii fəlakət, istər texnogen hadisə, istərsə də insan faktoru nəticəsində yaranan böhran olsun birlik nümayiş etdirən dövlətlərin əldə etdiyi nəticələr daha güclü olur. Türkiyədə zəlzələ zamanı Azərbaycanın və Gürcüstanın dərhal yardım göndərməsi, eyni qaydada digər hallarda Türkiyənin dəstək göstərməsi bu həmrəyliyin ən real nümunələridir. Bu, təkcə humanitar missiya deyil, həm də qardaşlıq və strateji birliyə verilən dəyərin göstəricisidir”.

 

Siyasi ekspertin fikrincə, qarşılıqlı dəstək modeli yalnız böhran hallarında deyil, ümumi regional inkişaf və təhlükəsizlik arxitekturası üçün də güclü siyasi baza yaradır. Bu əməkdaşlıq həm xalqlar arasında etimadı möhkəmləndirir, həm də dövlətlərin beynəlxalq arenada ortaq mövqeyini gücləndirir.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər