00:00:00
Yazar
Admin User
13.11.2025 16:34 144 2 dəq oxuma
Siyasət

Regional təhlükəsizlik və beynəlxalq diplomatiyada Azərbaycanın rolu

Regional təhlükəsizlik və beynəlxalq diplomatiyada Azərbaycanın rolu

Cənubi Qafqaz regionu son illərdə geosiyasi baxımdan dünyanın diqqət mərkəzinə çevrilib.

 

Mövzu ilə bağlı deputat Tural Gəncəliyev “İnformator.az”a bildirib ki, son illərdə regional təhlükəsizlik və beynəlxalq diplomatiya sahəsində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb:

 

“Azərbaycan təkcə regional deyil, beynəlxalq təhlükəsizlik məsələlərinə də mühüm töhfələr verir. Bu, ölkəmizin qlobal münaqişələrin həllində artan rolunu göstərir. Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi və sülh mərhələsinə keçidi beynəlxalq aləmdə xüsusi diqqət doğurur. Çünki bu, 20-ci əsrdən qalma, uzun illər davam edən bir problemin sülh və beynəlxalq hüquq çərçivəsində həll olunmasının bariz nümunəsidir. Azərbaycanın bu istiqamətdə mövqeyi və fəaliyyəti uzun illərdir məqsədyönlü şəkildə formalaşdırılıb və bu gün ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. Azərbaycanın xarici siyasətinin bünövrəsi möhkəm təməl üzərində qurulub. Ölkəmiz Böyük Avrasiya məkanında strateji mövqeyə malikdir və Qərb dünyasına alternativ təşkilatlarla da partnyorluq münasibətləri quraraq öz diplomatik çevikliyini nümayiş etdirir. Bu əməkdaşlıq Azərbaycanın qlobal miqyasda güclənməsinə, beynəlxalq nüfuzunun artmasına gətirib çıxarıb”.

 

Tural Gəncəliyev vurğulayıb ki, Azərbaycanın regional və beynəlxalq platformalarda fəallığı ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin miqyasını aydın şəkildə göstərir:

 

“Sonuncu Mərkəzi Asiya Sammitində Azərbaycanın rolu bir daha ön plana çəkildi. Bu, bir daha sübut edir ki, Azərbaycan regionda və dünyada sabitlik, əməkdaşlıq və qarşılıqlı etimadın formalaşmasına ciddi töhfə verir. Ölkəmiz artıq beynəlxalq qlobal təhlükəsizliyə töhfə verən aparıcı dövlətlər sırasında yer alır. Azərbaycanın regional təhlükəsizlik və beynəlxalq diplomatiyada rolu yalnız hərbi və iqtisadi güclə deyil, eyni zamanda sülh, dialoq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan bu gün həm regionun, həm də daha geniş coğrafiyanın sabitliyinə real töhfə verən mühüm ölkə kimi qəbul olunur”.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər