00:00:00
Yazar
Admin User
07.01.2026 17:08 76 1 dəq oxuma
Siyasət

“Regionda təhlükəsizlik balansını yalnız müharibənin nəticəsi dəyişəcək“

“Regionda təhlükəsizlik balansını yalnız müharibənin nəticəsi dəyişəcək“

Parisdə keçirilən "istəklilər koalisiyası" sammitində Ukraynaya təhlükəsizlik zəmanatlərinə dair razılıq əldə olunub.


Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, bütün təşəbbüslər kimi Parisdə keçirilən “istəklilər koalisiyası”nın sammitində qəbul olunan “Ukraynaya təhlükəsizlik zəmanətləri” ilə bağlı razılaşma müharibəni dayandırmaq, atəşkəsə nail olmaq qüdrətində deyil:

 

“Ümumiyyətlə müharibənin gedişatına ciddi təsir etmək yalnız başqa bir ölkənin hərbi əməliyyatlara qoşulması ilə baş verə bilər. Əks halda mövqe döyüşlərindən ibarət müharibə Rusiyada ciddi bir hadisə baş verənə qədər davam edəcək. Beynəlxalq təşkilatlar çöküş dövrünü yaşadığı üçün hər hansısa hadisəyə və prosesə təsir etmək imkanı yoxdur. Ona görə də onların mövqeyi heç kimi maraqlandırmır. Regionda təhlükəsizlik balansını yalnız müharibənin nəticəsi dəyişəcək. Hələlik müharibə davam etdiyi üçün təhlükəsizlik balansı dəyişə bilməz. Güc balansı isə tədricən Rusiyanın zərərinə dəyişir və proses geri dönməz xarakterlidir. Rusiya bütün coğrafiya boyu təsir imkanlarını itirir və bu güc balansına ciddi təsir edir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər