Regionda uzunmüddətli sülh və sabitlik üçün böyük imkanlarımız var
Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ötən həftə Vyanada olub, avstriyalı yüksəkvəzifəli həmkarlarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, təbii ki, Azərbaycanla Ermənistan arasında səkkiz avqustda Vaşinqtonda keçirilən üçtərəfli görüşdə sülh sazişi mətni paraflanıb Zəngəzur dəhlizinin açılması razılaşdırıldı:
“Bu, Tramp marşrutu kimi xarakterizə olunur. Amma konkret olaraq Zəngəzur dəhlizidir. təbii ki, Azərbaycanla Ermənistan arasında de Fakto sülh var. Sərhədlərin delimitasiya demarkasiyası 12 km razılaşdırılıb. Bir neçə anklav kənd Azərbaycana qaytarılıb və növbəti mərhələdə digər anklav kəndlərlə bağlı müəyyən orta məxrəcə gəlməsi gözlənilir və xarici işlər nazirləri arasında bir dəfə rəsmi şəkildə qarşılıqlı təmaslar olub və bəyanatlar verilib. Amma göründüyü kimi, kifayət qədər irəliləyiş əldə olunub. Hazırda bitən Ermənistanda konstitutişməsi lazımdır ki, orada Azərbaycana qarşı olan ərazi iddiaları çıxarılsın. Düşünürəm ki, bu da tutulandan sonra yekun sülh müqaviləsi bağlanacaq. Ümumiyyətlə, artıq yekun sülh müqaviləsi üçün də artıq baza var. Demək olar ki, problemlərin 99 faizi həll olunub. Qalıb yekun sülh müqaviləsi və siyasi əlaqələrin bərpa olunması, ümumiyyətlə, prezidentin xüsusi nümayəndəsinin digər ölkələrə səfərləri, xüsusilə Avstriyada səfəri, orada bu Azərbaycanın mövqeyini, bir daha Avropa ölkələrinə çatdırılması, Azərbaycanın diplomatiyasının yeni siyasi mərhələyə uyğun uzlaşdırılması bu məqsədi daşıyır. Ona görə də bu kimi səfərlər, keçirilən görüşlər Azərbaycanın xarici siyasətinin uğurlu templə davam etməsinin məntiqi nəticəsidir “.
Reyhan Quliyeva
