00:00:00
Yazar
Admin User
14.11.2025 16:46 132 1 dəq oxuma
Siyasət

Regiondakı ölkələrlə əməkdaşlığın hərtərəfli inkişafına əhəmiyyət veririk

Regiondakı ölkələrlə əməkdaşlığın hərtərəfli inkişafına əhəmiyyət veririk

Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan hazırda çoxvektorlu xarici siyasət yürüdür:

 

“Bu vektorların sırasında da Azərbaycanın region dövlətləri ilə iqtisadi, ticarət münasibətlərinin genişləndirilməsi yer alır. Bu baxımdan Azərbaycan hazırda həm Cənubi Qafqazda, həm də Xəzəryanı regionda və bununla paralel olaraq Orta Asiya respublikaları ilə daha sıx iqtisadi, ticari münasibətlərin qurulmasında maraqlı tərəf rolunda oynayır. Hazırda Azərbaycanın əsas strateji hədəfləri sırasında məhz Orta Asiya dövlətləri ilə yüksək səviyyəli iqtisadi əlaqələrin qurulması dayanır və bu da son nəticədə həm Azərbaycan, həm də Orta Asiya respublikaları üçün böyük əhəmiyyət daşıyır. Çünki bu, yeni dünya düzənində fərqli istiqamətlər üzrə inkişaf perspektivləri açır və bu baxımdan hesab etmək olar ki, hazırda Azərbaycan çoxvektorlu xarici siyasət yürütməklə ölkənin bütün istiqamətlər üzrə maraqlarını təmin etməyə çalışır və bu da böyük ölçüdə reallaşdırılan bir prosesdir. Bu istiqamətdə də Azərbaycanın kifayət qədər ciddi uğurları mövcuddur".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər