00:00:00
Yazar
Admin User
19.09.2025 19:22 126 1 dəq oxuma
Sosial

Regionun diplomatiya mərkəzi – Şuşa

Regionun diplomatiya mərkəzi – Şuşa

Şuşa yeni əməkdaşlıq imkanlarının yaradıldığı məkana çevrilirSon illər sürətli bərpa-quruculuq işlərinin aparıldığı tarixi Azərbaycan şəhəri beynəlxalq mədəni tədbirlərlə yanaşı, diplomatik toplantılara da ev sahibliyi edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Şuşanın tarixi, siyasi və mədəniyyət proseslərindəki mövqeyi onu Azərbaycanda və bütün regionda çox istiqamətli mərkəz kimi tanınmasına hər cürə imkanlar yaradır:

 

"İşğaldan azad olunduğu qısa müddət ərzində Şuşa artıq tək Azərbaycanın yox, regionun bir sıra mənalarda artıq mərkəzi kimi tanınmaqdadır. İslam dünyasının mədəniyyət paytaxtı kimi məşhurlaşıb. Türk Dövlətləri Təşkilatının müxtəlif tədbirlərinə ev sahibliyi edən şəhər kimi tanınıb. Bundan başqa, müxtəlif beynəlx dövlətlərarası tədbirlərin sammitlərin keçirildiyi məkan kimi artıq tanınıb. Nəzərə alsaq ki, burada işğaldan sonra dünyanın bir neçə dövlətlərinin başçıları səfərdə olublar, bu, Şuşanın əhəmiyyətini və onun beynəlxalq tanınmasını daha da yüksək mərhələlərə qaldırır. Şuşa təkcə işğaldan azad olunmuş şəhər deyil. Şuşa eyni zamanda işğala sinə gəlmiş, öz sifətini, simasını və tarixini dəyişməmiş, özünün milli ruhuna, milli mənsubiyyətinə sadiq qalmış şəhərdir. Bu, Şuşanın əhəmiyyətini göstərir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər