00:00:00
Yazar
Admin User
18.10.2025 17:35 102 1 dəq oxuma
Dünya

"Rəfah" nəzarət-buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər açılmayacaq

"Rəfah" nəzarət-buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər açılmayacaq

Misir-Qəzza zolağı sərhədindəki "Rəfah" nəzarət-buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər bağlı qalacaq.


"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.


Onun sözlərinə görə, keçidin açılması məsələsinə HƏMAS ölən girovların qalıqlarının qaytarılması ilə bağlı razılaşmanın müddəalarını yerinə yetirdikdən sonra baxılacaq.


Bununla yanaşı, Fələstinin Qahirədəki səfirliyi Misir və Fələstinin Qəzza zolağı arasındakı Rəfah sərhəd-keçid məntəqəsinin oktyabrın 20-də fəaliyyətini bərpa edəcəyini açıqlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər