Rəfah sərhəd keçidinin taleyi naməlum qalır
İsrail və Həmas arasında əldə olunan atəşkəsə baxmayaraq, Qəzza zolağının xarici dünya ilə yeganə əlaqə nöqtəsi olan Rəfah sərhəd keçidinin nə zaman açılacağı hələ də qeyri-müəyyəndir. İsrail və Misir arasında razılaşmalar davam etsə də, sərhədin insan keçidinə açılması üçün hazırlıqların başa çatmadığı bildirilib.
İsrail ordusuna bağlı COGAT qurumunun məlumatına görə, keçidin çərşənbə günü açılması planlaşdırılsa da, “loqistik səbəblər” əsas gətirilərək bu proses təxirə salınıb. Rəfah qapısının yalnız insan keçidi üçün açılacağı, bunun isə tam hazırlıqlardan sonra elan olunacağı bildirilib.
Qəzzaya humanitar yardımın Mısır tərəfdən Kerem Şalom sərhəd keçidi vasitəsilə keçəcəyi, Rəfahtan isə yardım maşınlarının keçməyəcəyi qeyd olunub. Bu da bölgəyə yardımların gecikməsi ilə nəticələnir. İsrail-Həmas razılaşmasına əsasən, hər gün 600 yardım maşınının Qəzzaya daxil olmasına icazə verilməlidir. Lakin Fələstin mənbələri bu rəqəmin realda çox aşağı olduğunu bildirir və yardımın kifayət qədər çatdırılmadığını vurğulayırlar.
TRT haber
Aysun Vəliyeva