00:00:00
Yazar
Admin User
19.08.2024 19:49 411 1 dəq oxuma
Dünya

Riqada Ədliyyə Nazirliyi rus dilindən istifadəni məhdudlaşdırmağa çağırılıb

Riqada Ədliyyə Nazirliyi rus dilindən istifadəni məhdudlaşdırmağa çağırılıb

Riqanın vitse-meri Edvards Ratnieks Latviyanın Ədliyyə Nazirliyinə ictimai yerlərdə rus dilindən istifadənin qanunvericiliklə məhdudlaşdırılması çağırışı ilə müraciət etdiyini bildirib.  "İnformator.az" xəbər verir ki, bu barədə RİA Novosti yazıb.

Siyasətçinin sözlərinə görə, ona yerli sakinlərdən bir sıra şikayətlər daxil olub. Onlar bildiriblər ki, Mixail Çexov adına Riqa Rus Teatrı öz reklam afişalarında “şəhər mühitində görünən” rus dilindən istifadə edir.

“Bu yolverilməzdir, lakin bu cür reklamların yerləşdirilməsinə normativ-hüquqi aktlar icazə verir, ona görə də mən Ədliyyə Nazirliyinə bu qaydalara yenidən baxılmasını təklif etdim”, - deyə o bildirib.  Söhbət “Dövlət dili haqqında” qanundan və Nazirlər Kabinetinin qərarından gedir.  Ratnieks ictimai yerlərdə görünən lövhələrdə, plakatlarda və digər materiallarda rus dilindən istifadəni azaltmaq üçün onlara dəyişikliklər edilməsini təklif edib.

Bundan əvvəl məlumat verilib ki, Latviya məktəbləri də rus dilini ikinci xarici dil kimi öyrətməkdən imtina edəcək.

Banuçiçək Kalbalıyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər