Rishi Sunak İngiltərədə baş nazir və partiya lideri vəzifəsindən istefa verib
Böyük Britaniyanın baş naziri Rişi Sunak partiyasının seçkilərdəki məğlubiyyətindən sonra istefa ərizəsini Kral III Çarlza təqdim edəcəyini və onun da Mühafizəkarlar Partiyasının liderliyindən istefa verdiyini açıqlayıb.
Sunak dünənki seçkilərdən sonra Baş nazirliyin 10 nömrəli ofisinin yerləşdiyi Dauninq küçəsində vida bəyanatı verib. Sunak Kral Çarlzla görüşündən əvvəl etdiyi çıxışda, "Ölkədən üzr istədiyimi demək istəyirəm. Bu vəzifə üçün hər şeyi etdim, ancaq İngiltərə hökumətinin dəyişməsi üçün açıq mesaj verdiniz. Ən əhəmiyyətli mühakimə verdiyin hökmdür” deyib. Sunak həmçinin Mühafizəkarlar Partiyasının namizədlərindən və işçilərindən səylərinin nəticəsiz qalmasına görə üzr istəyib.
Bir çox millət vəkili namizədinin Məclisə girə bilməməsi ilə bağlı kədərini paylaşan Sunak, "Bu nəticələrdən sonra Mühafizəkarlar Partiyasının liderliyindən istefa verirəm" deyib.
Mənbə: TRT Haber
Zəhra Həsənova
