00:00:00
Yazar
Admin User
03.09.2025 05:18 150 2 dəq oxuma
Sosial

Robotlar müəllimi tam əvəz edə bilərmi?

Robotlar müəllimi tam əvəz edə bilərmi?

Son vaxtlar təhsil sahəsində robotların pedaqoji heyəti əvəz edə biləcəyi barədə xəbərlər yayılıb. Ekspertlər bildirirlər ki, robotlar müəyyən tədris proseslərini həyata keçirə bilər, məsələn, dərs izahı, suallara cavab vermək və qiymətləndirmə.


Bəzi mütəxəssislər isə qeyd edir ki, robotlar fiziki müəllimin yerini tam əvəz edə bilməz. Fiziki müəllim uşaqlarla emosional əlaqə qurur, motivasiya verir və psixoloji dəstək olur, bunlar robotlar üçün hələ ki çətindir.


Mövzu ilə bağlı təhsil Eksperti Rəvan Əliyev "informator.az" müsahibə verib.


Robotlar müəllimləri tam əvəz edə bilərmi?


"Deyək ki, müəyyən texniki funksiyaları, dərs izahı, test qiymətləndirmələri, məlumatın ötürülməsi – bu baxımdan robotlar həqiqətən də müəllimi əvəz edə bilər. Lakin təhsilin ruhu yalnız məlumat ötürməkdən ibarət deyil. Müəllim təkcə bilik verən deyil, həm də tərbiyə edən, ilhamlandıran, psixoloji vəziyyəti sezə bilən və empatiya göstərən bir insandır. Robot isə hələlik duyğu, niyyət və mənəvi məsuliyyət hissi ilə hərəkət etmir. Ona görə də bu suala qısa və aydın cavab belə olar: xeyr, robotlar müəllimin yerini tam əvəz edə bilməz. Əgər belə bir iddia irəli sürsək ki, robotlar özləri də ən yüksək səviyyədə inkişaf etmiş robotlardır, bax o zaman robotların müəllimləri əvəz etməsi iddiasını da rahatlıqla qəbul edə bilərik".


Robotların tədris prosesində rolu nə qədər faydalı ola bilər?

 

"Texnogen sivilizasiyanın əsas göstəricilərindən biri də insan əməyini avtomatlaşdırmaq, təkrarlanan və texniki prosesləri effektiv şəkildə idarə etməkdir. Robotlar vasitəsilə fərdi tədris yanaşması qurmaq, fərqli səviyyələrdə öyrənən şagirdlərə uyğunlaşdırılmış materiallar təqdim etmək mümkündür ".

 

Təhsil də robotlardan istifadə zamanı hansı problemlər ortaya çıxa bilər?


"Süni intellekt individual ehtiyaclara uyğun kontent seçə, zəif nöqtələri analiz edib geri bildirim verə bilər. Bu, müəllim üçün çox ciddi dəstəkdir. Texnologiya, o cümlədən robotlar bu məqsədlə müxtəlif alətlərdən biridir. Müasir təhsil sistemi bu alətləri ağıllı şəkildə, insan mərkəzli yanaşma ilə istifadə etməlidir. Unutmayaq ki, biz robotlara 'dərs" verə bilərik və onlar vasitəsilə insanları daha yaxşı öyrətmək imkanlarımızı artıra bilərik ".


Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər