RƏQƏMSAL MARKETİNQ İLƏ BAĞLI DİSKUSSİYA
“Azerfon” MMC-nin (Nar ticarət nişanı) İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət şöbəsinin direktoru Əziz Axundov Jurnalistika fakültəsinin Azərbaycan və ingilis bölməsinin 4-cü kurs tələbələri ilə görüşüb.
İctimaiyyətlə Əlaqələr və Korporativ Sosial Məsuliyyət sahələrində 15 ildən artıqdır ki, çalışan Əziz Axundov rəqəmsal marketinq və ictimaiyyətlə əlaqələr sahəsindəki təcrübələrini bölüşüb. Görüş təqdimat, diskussiya, interaktiv tapşırıq və sual–cavab formatında baş tutub.
